Kürdəmirdə yol qəzasında 2 yaşlı körpə xəsarət alıb

21 İyul 2024 07:22

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2022-ci il təvəllüdlü M. N Mahmud qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun