“Maykrosoft”da nasazlıq: 8,5 milyon cihaza təsir etdi

21 İyul 2024 06:20

"Maykrosoft Azure" bulud saxlama platformasında "Crowdstrike"dən proqram yeniləməsi nəticəsində yaranan nasazlıq "Vindovs" əməliyyat sistemi ilə işləyən təxminən 8,5 milyon cihaza təsir edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Maykrosoft" öz bloqunda məlumat yayıb.

"Proqram yeniləmələri bəzən problemlərə səbəb ola bilsə də, "Crowdstrike" ilə olan kimi böyük insidentlər nadir hadisədir. Hesab edirik ki, "Crowdstrike" yeniləməsi 8,5 milyon "Vindovs" cihazına və ya "Vindovs" cihazlarının 1%-dən azına təsir edib", - məlumatda qeyd olunub.

Qeyd olunur ki, "Crowdstrike" "Maykrosoft"a vəziyyətlə tez bir zamanda məşğul olmağa imkan verəcək həll variantı hazırlamağa kömək edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun