İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

20 İyul 2024 22:16

Padova - Milan avtomagistralında baş verən zəncirvari qəza nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az AZERTAC-a istinadən xəbər verir ki, əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Bir yükü maşını və 7 minik avtomobilinin iştirakı ilə baş verən qəzada yol hər iki istiqamətdə bağlanıb, uzun tıxac yaranıb.

Yol polisi hadisənin başvermə səbəblərini araşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun