İran Türkiyə ilə imzalanmış nüvə razılaşmasını poza bilər
25 May 2010 14:47
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Sacadi Mahmud Rza bəyan edib. O, hesab edir ki, BMT yeni sanksiyalardan danışmamalı, əksinə, Türkiyə ilə İran arasında əldə olunmuş razılaşmadan istifadə etməlidir. "Əgər yeni sanksiyalar qəbul olunarsa, bu, "altılıq" üzvlərinin Tehrana qarşı pis münasibətdə olduğunu, baş verənlərin siyasi xarakter daşıdığını göstərəcək. Bu zaman Tehran Ankara ilə razılaşmaya yenidən baxmalı olacaq", - deyə səfir bildirib.
Milli.Az