“Hercai”nin aktyoruna ağır itki - FOTO

20 İyul 2024 18:40

Türkiyəli aktyor Akın Akınözüyə ağır itki üz verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  onun anası, aktrisa Özlem Akınözü vəfat edib.

60 yaşlı aktrisa uzun müddətdir xərçənglə mübarizə aparırdı.

O, "Sensiz Olmuyor",  "Sahte Prenses", "Dicle", "Tek Türkiye", "Karagül", "Zeytin Tepesi", "Payitaht Abdülhamit" ve "Deliha 2" adlı ekran işlərində rol alıb.

Qeyd edək ki, Akın daha çox "Hercai" serialındakı "Miran" obrazı ilə məşhurlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun