Ukraynada hərbi vəziyyət bu tarixədək uzadılacaq

20 İyul 2024 17:57

Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 9-dək uzadılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, gələn həftə keçiriləcək səsvermə ilə Ukraynada hərbi vəziyyət yenidən 90 gün müddətinə uzadılacaq:

"Yaxın günlərdə prezident parlamentə hərbi vəziyyətin müddətinin uzadılması barədə və ümumi səfərbərliyin müddətinin uzadılması barədə olmaqla, iki sənəd təqdim edəcək".

Qeyd edək ki, Ukraynada hələlik hərbi vəziyyət 11 avqustadək qüvvədədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun