Pompeo bu yapon şirkətində işə girdi

20 İyul 2024 15:50

Yaponiyanın ən böyük polad istehsalçısı olan "Nippon Steel Cooperation" ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş müşaviri Mayk Pompeonu işə götürüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Şirkət Pompeonu 14,1 milyard dollarlıq "United States Steel"in alınmasına kömək etməsi üçün məsləhətçi kimi işə götürüb.

Yapon şirkəti məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Nippon Steel Cooperation" Yaponiyada ən böyük, dünyada 3-cü xam polad istehsalçısıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun