Ukraynalılar Polşada qəzaya düşdü - 9 yaralı - FOTO

20 İyul 2024 14:05

Polşada içərisində Ukrayna vətəndaşlarının olduğu mikroavtobus qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Almaniya ilə sərhədə yaxın Svebodzin şəhərində qeydə alınıb.

Məlumata görə, avtobus yol təmiri xidmətinin texnikasına çırpılıb. Zərbə nəticəsində avtobus aşıb.

Qəza zamanı avtobusda olan 9 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır. Yaralılar arasında uşaqlar da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun