ABŞ-yə qaçan yazıçının oğlu türmədə döyüldü

20 İyul 2024 13:53

ABŞ-yə qaçan yazıçı Eylem Tokun oğlu Timur Cihantimura türmədə 3 nəfər hücum edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ağır xəsarət alanTimur Cihantimur xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, T. Cihantimurun dodağı partlayıb və dişləri qırılıb.

Xəstəxanada yer olmadığı üçün Cihantimur yenidən həbsxanaya göndərilib.

Qeyd edək ki, Timur Cihantimur martın 1-də İstanbulun Eyüpsultan qəsəbəsində yolun kənarında dostları ilə birlikdə dayanan Oğuz Murat Acını avtomobillə vurmaqda günahlandırılır. Avtoqəza nəticədə Oğuz Murat ölüb, daha 4 nəfər yaralanıb.

Hadisədən sonra Timur Cihantimur atası yazar Eylem Tok və anası ilə birlikdə qaçaraq Misirə gedib. Daha sonra yazar oğlunu Misirdən ABŞ-yə aparıb.

Sonradan məlum olub ki, yazıçı oğlunun qəza törətdiyini öyrəndikdən sonra təcili özünü hadisə yerinə çatdırıb və sübutları gizlətməyə çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun