UEFA dünyanın ən güclü məşqçilərinin siyahısını açıqlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, 500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1673 xala malikdir. O, siyahıda 133-cüdür. İki xal itirən Qurbanov iki pillə geriləyib.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin (İngiltərə) çalışdırıcısı Pep Qvardiola 2240 xalla başçılıq edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun