Sankt-Peterburqda yaşlı kişi hərbi komissarlığı yandırdı

20 İyul 2024 16:28

Sankt-Peterburqda Sizov prospektində təqaüdçü hərbi komissarlığı yandırıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki,  həmin şəxs hərbi komissarlığın binasına daxil olaraq içəriyəə "Molotov kokteyli" atıb. Bundan sonra 76 yaşlı kişi qaçmağa çalışıb. Lakin o, tez bir zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun