Nigeriya "Meta"nı 200 milyon dollar CƏRİMƏLƏDİ

20 İyul 2024 14:07

Nigeriya hakimiyyəti Amerikanın "Meta" şirkətini  şəxsi məlumatlardan istifadə qaydalarını pozduğuna görə 220 milyon dollar cərimələyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Respublika Rəqabət və İstehlakçı Komissiyasının baş direktoru vəzifəsini icra edən Adamu Abdullahi Abucada keçirilən brifinqdə bildirib.

Abdullahinin sözlərinə görə, "Meta" həm də ayrı-seçkilik və bazardakı dominant mövqeyindən sui-istifadə edib.

Nigeriyanın bir neçə dövlət qurumunun iştirak etdiyi araşdırma 2021-ci ilin mayından 2023-cü ilin dekabrına qədər aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun