İnternet fenomeni canlı yayımda öldü

20 İyul 2024 13:39

Çinli bloqer Pan Xiaoting canlı yayımda ölüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qadın həddindən artıq çox yemək yediyinə görə ölüb.

Qadın internetə "Mukbang" yemək videoları ilə məşhurlaşıb. O, hər gün 10 saatlıq canlı yayımda 10 kilo yemək yeyirdi.

Bildirilir ki, internet fenomeni daha əvvəl də həddən artıq çox yemək yediyinə görə, mədə qanaması ilə xəstəxanya yerləşdirib. Ancaq qadın xəstəxanadan çıxandan sonra canlı yayımlarına davam edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun