Bakıda şirkətdə bədbəxt hadisə - 2 yaralı var

20 İyul 2024 11:12

Bakıda şirkətdə bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki,  paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən şirkətlərin birində işıq dirəyi aşıb.

Nəticədə orada çalışan Ramil Kərimov və Nihat Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun