Zelenski Trampla görüşəcək

20 İyul 2024 11:07

Volodimir Zelenski Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün ABŞ prezidentliyinə namizəd Donald Trampla şəxsi görüş barədə razılığa gəldiyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Biz prezident Trampla razılaşdıq ki, şəxsi görüş zamanı hansı addımların dünyanı ədalətli və həqiqətən də davamlı edə biləcəyini müzakirə edək", - Zelenski vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun