Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çatıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edəcək. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Forum iyulun 22-dək davam edəcək.
--------
12:05
Bu gün Şuşada keçirilən "Qlobal Media Forumu" öz işinə başlayır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumda iştirak edəcək xarici qonaqlar təyyarə ilə Füzuli Beynəlxalq Hava limana enib.
Burada qonaqlar xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşəcək.
Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.
--------
10:40
"Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici media nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına yola düşüb.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Forum çərçivəsində 4 panel sessiya - "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun