Bakının bu ərazilərində su olmayacaq

20 İyul 2024 10:04

8 Noyabr prospektində istismar müddətini bitirmiş boruların yenisi ilə əvəzlənməsi istiqamətində tədbirlər planı həyata keçirilir.

Milli.Az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, yeni çəkilən xətt iyulun 20-də mövcud şəbəkə xəttinə qoşulacaq və bununla bağlı iki nöqtədə birləşmə işləri görüləcək.

Birləşmə işləri səhər saat 08:00-da başlanacaq, 17:00-da başa çatacaq. Bu müddətdə Corat, Mirzə Davud və Xəzər küçələrində, 8 Noyabr prospektinin bir hissəsində əhaliyə və qeyri-əhaliyə suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa, köhnə xətlərin yenilənməsi, əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər intensiv şəkildə davam etdirilir və hər mərhələ üzrə qısa müddətdə başa çatdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun