Çində körpünün uçması nəticəsində 11 nəfər öldü

20 İyul 2024 09:46

Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər.

Xilasetmə işləri davam edir.

Körpünün uçmasına səbəb güclü yağış olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun