ABŞ-də Trampı ölümlə hədələyən şəxs tutuldu

20 İyul 2024 09:36

ABŞ-də Florida polisi keçmiş prezident Donald Trampı, Ohayo ştatından senator Ceyms Devid Vensi və ailələrini ölümlə hədələyən şəxsi həbs edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məlumatında deyilir.

Bu, oxşar ittihamlarla həbs edilən ikinci Florida sakinidir - sonuncu dəfə hücumdan bir neçə gün əvvəl təhdid ismarışları buraxan yerli sakin tutulub.

Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkas Donald Trampa sui-qəsd cəhdinin təhqiqatında ifadə vermək üçün Konqresə çağırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun