“X”də ən çox izlənən dövlət lideri kimdir?

20 İyul 2024 09:22

"X" sosial şəbəkəsində bütün dünya liderləri arasında ən çox abunəçiyə malik şəxs məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə İlon Mask "X" səhifəsində yazıb. 

Amerikalı sahibkar bildirib ki, bu, Hindistanın Baş naziri Narendra Modidir:

"Baş nazir Narendra Modini dünyanın ən populyar lideri olduğuna görə təbrik edirik!".

Qeyd edək ki, Modiyə 100 milyon nəfərdən çox izləyici abunə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun