Krımın kurort şəhəri Aluşta yüksək gərginlikli xətlərdə baş vermiş qəzaya görə tamamilə işıqsız qalıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Qalina Oqneva bildirib.
"Yalta yaxınlığında yüksək gərginlikli xətlərdə qəza baş verib" - deyə, o öz Teleqram kanalında yazıb.
Qeyd edilir ki, anomal istilər səbəbindən elektrik sistemində tez-tez qəza halları baş verir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun