Yeni mövsümdən İtaliya A seriyasında çıxış edəcək "Komo"nun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq.
İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında "Komo"da bitirib. İspaniya millisinin və "Barselona"nın sabiq üzvü 2023-cü ilin dekabrından "Komo"da köməkçi məşqçi kimi çalışırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun