«Qarabağ Avropa zəncirinin zəif bəndidir»

25 May 2010 14:28
Milli.Az xəbər portalının "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Slovakiya parlamentinin üzvü, sabiq spikeri Fratişek Mikloşko bildirib. O, bu fikrini Qarabağ probleminin həllinin Avropa üçün həyati əhəmiyyət daşıması ilə əsaslandırıb. "Avropanı zəncirlə müqayisə etmək olar. Zənciri isə yalnız onun bütün bəndlərinin möhkəm olduğu təqdirdə bərk saymaq olar. Qarabağ Avropa zəncirinin zəif bəndidir", - deyə parlamentari bildirib.

Milli.Az