Zukerberq açıqladı: Nə Tramp, nə də Bayden...

19 İyul 2024 23:20

Meta-nın qurucusu Mark Zukerberq seçkilər öncəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın və ya hazırkı Amerika lideri Co Baydenin namizədliyini dəstəkləməkdən imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"Zukerberq Trampı və ya Baydeni dəstəkləməkdən imtina edib və əlavə edib ki, onun heç bir şəkildə seçkiyə qarışmaq planları yoxdur", - deyə bildirilib.

Zukerberqin sözlərinə görə, insanlar Meta-da daha az siyasi məzmun görmək istəyirlər. O əlavə edib ki, şirkət artıq istifadəçilərinə daha az siyasi məzmun tövsiyə edir.

"Düşünürəm ki, keçmişlə müqayisədə bu seçkidə xidmətlərimizin daha az rol oynadığını görəcəksiniz", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun