Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutub

19 İyul 2024 20:18

Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, kassasiya şikayətinə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Xatırladaq ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun