İranda silahlı hücum: 1 polis öldürüldü

19 İyul 2024 19:46

İranın Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində polis əməkdaşlarına silahlı hücum olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hücum nəticəsində iki polis yaralanıb, onlardan biri ölüb.

Məlumata görə, ölən polis kapitanı Əli Mütəhərridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun