Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum edildi

19 İyul 2024 18:33

Yekaterinburq məhkəməsi "The Wall Street Journal"ın Moskva bürosunun jurnalisti Evan Qerşkoviçi casusluqda təqsirli bilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  ABŞ vətəndaşı olan jurnalist 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, 32 yaşlı jurnalist 2023-cü ilin martında Yekaterinburqda saxlanılıb. O, ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun