Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

19 İyul 2024 17:32

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində "Gələcək Azərbaycan", "Müsavat", "Azad Vətən", "Vəhdət" və "Ədalət" partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun