Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar dünya üzrə "Windows" əməliyyat sisteminin çökməsinə münasibət bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayraktar bununla bağlı feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, vahid əməliyyat sistemi, vahid axtarış sistemi, bir neçə sosial media platforması - bunlardan birinin çökməsi belə dünyada müxtəlif dövlətlərin kritik infrastrukturunun çökməsinə səbəb ola bilir:
"Bəzən bütün dünyaya firavanlıq gətirməsi gözlənilən yüksək texnologiya və innovasiyalar dünya sisteminin bloklanmasına gətirib çıxarır. Yüksək texnologiyalar qlobal miqyasda bir əldə toplaşdığında vəziyyət bu qədər həssas xarakter alır. Texnologiyanın hər sahəsində müstəqillik cəmiyyət üçün vazkeçilməzdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun