Hazırlaşın, Pavarotti sizi yola salır - FOTO

21 İyun 2012 10:52
Milli.Az "The Guardian"a istinadən bildirir ki, Staffordşir qraflığındakı Liçfild Trent Vallidə, dəmiryol stansiyasında qatar bələdçisi olan 61 yaşlı Kolin Miller işinin vurğunudur.
O, qatar bələdçisi olmaqla yanaşı, stansiyanın mühafizəçisidir.

Əvvəllər dünyanın müxtəlif ölkələrində keçirilən oxşarlar şoularına qatılan, telekanallarda çıxış edən Miller stansiyadakı işindən həzz aldığını deyir.
Səhər işə gələndən sonra qatarları qarşılayan və sərnişinləri Pavarottinin "ifası" ilə yola salan Miller həyatından razıdır.

"Ən sevdiyim ifa Pavarottinin "Nessun Dorması"dır. Platformada durub sərnişinlərə baxır və onların keflərini açmağa çalışıram. Bu, mənə nə dərəcədə nəsib olur - bilmirəm, amma deyəsən, pis alınmır", - Miller deyir.

Stansiyada çalışanların dediklərinə görə, Miller hər səhər sərnişinləri serenadalarla qarşılayıb yola salır.
Çox adam da platformada Pavarottinin kiçik oxşarını görəndə onun yanına gedir, Millerlə yanaşı durub foto çəkdirmək istəyir.

Miller isə sərnişinlər platformada qatarı gözləyəndə onlar üçün "Nessun Dorma" oxuyur.

"Virgin Trains" şirkətinin əməkdaşının dediyinə görə, onun səsi ən adi səsdir: "Pavarotti dahi, unikal tenor idi və təbii ki, səsim onun səsinə əsla çatmaz", - Miller deyir.

Bununla yanaşı, Staffordşir qraflığındakı Barton apon Trent şəhərində yaşayan Millerin sözlərinə görə, 26 yaşlı qızı Cen bu il nişanlısı Benlə ailə həyatı qurandan sonra Pavarottinin imitasiyalarına son verəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Fotolar: Newsteam