İtkin düşən tiktokerin meyiti tapıldı - FOTO

19 İyul 2024 15:51

İtkin düşən 21 yaşlı influenserin öldürüldüyü məlum olub.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, sosial şəbəkə fenomeni 21 yaşlı, argentinalı Catalina Gutierrezin ölümündə onun sinif yoldaşı şübhəli bilinir.

Bovlinq oynamağa gedərkən itkin düşən qızın meyiti anasının maşınından  tapılıb.

Faktla bağlı araşdırma aparılır.

İsmayıl
Milli.Az