"Ürəyimə yaxın olan insanların çoxu kişilərdir"

19 İyul 2024 19:34

"Rəfiqələrim var, amma ürəyimə yaxın olan insanların çoxu kişilərdir. Həmişə mənə yaxın, arxa-dayaq olublar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Elgizlə izlə" verilişində deyib. Aktrisa qadınlarla dostluq etməməsindən danışıb. O bildirib ki, dostlarının əksəriyyəti kişilərdir. 

N.Orucova aparıcı Elgiz Əkbərin "Deyirlər, siz qadınlarla dostluq etmirsiniz" sualına "Qadınlar arasında qısqanclıq olur. Ən böyük zərbə qadınlardan gəlir" cavabını verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun