Bu müəllimlərin də maaşı ARTACAQ - RƏSMİ

19 İyul 2024 14:27

"Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq".

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir:

"Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi ilə çalışan müəllimlərin əməkhaqlarında müsbət mənada dəyişiklik olacaq. Bu, peşə təhsilində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması üçün atılan addımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun