"Verilişlərə elə adamlar çıxır ki, müğənnilər onlardan şükürlüdür"

19 İyul 2024 15:34

"Hərdən sadə vətəndaşlar şou-biznesi pisləyir. Biz göz önündə olduğumuz üçün hər şey büruzə verilir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Xəzər axşamı" verilişində deyib. Sənətçi sosial xarakterli proqramlara qatılan şikayətçiləri tənqid edib:

"Cəmiyyətdə o qədər yersiz, yararsız davranışlar, ailə problemləri ilə üzdə olanlar var ki... Gözləyir ki, bir problem olsun tez çıxıb verilişdə danışsın. Biz müğənnilər şükürlüyük".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun