Arda Gülər ​​və sevgilisi Bodrumda belə yaxalandılar - FOTOlar

19 İyul 2024 11:51

Futbolun parlayan ulduzu Arda Gülər ​​Bodrum tətilində sevgilisi Duru Naymanla görüntülənib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Naymanın gənc futbolçuya heyran baxışları diqqət çəkib.

Futbol üzrə Avropa Çempionatında göstərdiyi performansla bəyənilən Milli Futbol Komandasının və Real Madridin ulduzu Arda Gülər ​​Bodrumda dincəlir.

Gənc futbolçunu tətildə sevgilisi Duru Nayman və dostları müşayiət edir.

19 yaşlı futbolçu və sevgilisi ötən gün Titanic Luxury Collection Bodrum çimərliyində paparazzilərə yaxalanıb. İkili bir müddət ətrafda gəzib, sonra çimərlik voleybolu oynayıblar. 1,5 saat davam edən qarşılaşmada sevgililər bir-biri ilə yarışıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun