Kürdəmirdə sərnişini döyərək qarət edən sürücü saxlanıldı

19 İyul 2024 10:09

Kürdəmirdə 69 yaşlı qadını döyərək üzərindəki pulunu alan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a bildirib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalar davam etdirilir.

----------

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Kərimova Tubu Musa qızını döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun