Rusiya ilə savaşa girsək... - Tiflisdən AB-yə xəbərdarlıq

19 İyul 2024 08:57

Gürcüstan Rusiya ilə hərbi qarşıdurmaya girsə, Avropa Birliyi (AB) zərər çəkəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

"Biz sülhü sadəcə özümüz üçün deyil, həm də Avropa üçün qoruduq. Əgər indiki müxalifət hakimiyyətdə olsaydı, burada müharibə baş verərdi. Əlbəttə ki, ölkəmiz də dağılardı. Həmçinin Avropa Birliyi də zərər görərdi. Çünki yüklərin daşınması üçün AB-ni Asiya ilə birləşdirən yeganə və ən sürətli yol bağlanacaqdı", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun