Bakıda 62 yaşlı qadını avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

19 İyul 2024 07:41

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində avtomobil yolu keçən 62 yaşlı Şəfaqət Abbasovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Yaralı "Report"a bildirib ki, onu vuran avtomobil hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun