Nizami Kino Mərkəzində "ANAMA" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, film 2023-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub.
Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.
Filmin təqdimatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun