Respublikaçılar qulaqlarını sarıdılar - FOTO

18 İyul 2024 14:51

Respublikaçılar ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək olublar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

Respublikaçıların qurultayı zamanı iştirakçılar qulaqlarını sarıyıblar.

Bununla sui-qəsd zamanı Trampın qulağının zədələnməsinin bütün respublikaçılara aid olduğuna işarə ediblər.

Qeyd edək ki, 13 iyulda Pensilvaniyada seçki mitinqi zamanı Donald Trampa sui-qəsd cəhdi edilmiş, nəticədə siyasətçi qulağından xəsarət almışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun