Külli miqdarda borcu olduğu deyilən kişinin meyiti tapıldı

18 İyul 2024 14:36

Beyləqanda kişi meyiti tapılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində baş verib.

Onun meyiti qəsəbədəki yardımçı tikilidən ciddi çürüməyə məruz qalmış vəziyyətdə tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin rayonun Kəbirli kənd sakini olan 1983-cü il təvəllüdlü Həsən Qənbərliyə məxsus olduğu müəyyənləşib.

Məlum olub ki, H.Qənbərlinin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Bu səbəbdən də Bolsulu qəsəbəsinə gedərək həyatına sonlandırıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun