Saqqızda silahlı hücum: ölənlər var

18 İyul 2024 14:16

İyulun 17-i axşam saatlarında İranın Kürdüstan əyalətinin Saqqız şəhərində ictimai məkanlardan birinə silahlı hücum nəticəsində 3 nəfər həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Saqqız şəhərinin polis rəisi Seyidəli Səfəri məlumat yayıb.

Polis rəisi hücumçuların saxlanılması ilə bağlı axtarış-əməliyyat tədbirlərinin aparıldığını deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun