Prezident Viktor Orban ilə söhbət edib - VİDEO - FOTO

18 İyul 2024 13:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.

Milli.Az