Birinci Qarabağ müharibəsi şəhidi Aydın Qurbanov dəfn edildi - FOTO

18 İyul 2024 13:14

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun nəşinin qalıqları dəfn olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.

Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun