"Azərbaycan sərhədçiləri hazırda Tavuş vilayətinin Kirants kəndində çəkilən sərhəd xəttindədirlər".
Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kirants kəndinin inzibati rəhbəri Kamo Şahinyan deyib.
O bildirib ki, kənd sakinləri sərhəddə Azərbaycan əsgərlərinin hərəkətini aydın şəkildə görürlər:
"Azərbaycana təhvil verilən Xeyrimli kəndi ilə sərhəddə hər şey açıq gözlə görünür. Sakinlər Azərbaycan sərhədçilərinin hərəkətini, orada aparılan tikinti işlərini izləyirlər, amma nə tikildiyini bilmirik. Azərbaycan əsgərləri çox rahat, özünəinamlı şəkildə nəzarət həyata keçirirlər.
Onlar sərhəd xəttinə iyulun 15-i axşam saatlarında gəldilər. Kənd əhalisi artıq qorxmur. Əvvəl mübarizə aparmağa hazır idik. Yaşadıqlarımız çox ağır idi, lakin əgər bunların nəticəsində Ermənistan sülh əldə edəcəksə, biz hər şeyə hazırıq. Kənddə artıq panika yoxdur. Çox adam deyir ki, bu, delimitasiyanın bir parçasıdır, onların torpağıdır, qaytarılmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun