Fransanın hüquq-mühafizə orqanları Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində 870 min inzibati araşdırma aparıb. Bunun da nəticəsində 4000-ə yaxın şəxsin Olimpiya Oyunları tədbirlərinə girişi məhdudlaşdırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlayıb.
Nazirin sözlərinə görə, onlar arasında əsas olaraq "fiche S" siyahısında olan (təhlükəsizliyə təhdid doğuran şəxslər - red.) 131 nəfər, 18 radikal islamçı, 167 ultrasolçu və 80 ultrasağçı aktivistlər var.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,