Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi çalışacaq

18 İyul 2024 11:40

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) çalışacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya "Hetq" nəşrinə müsahibəsində təsdiqləyib.

"Bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlanmasından xəbər verir. Biz mülki müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsini alqışlayırıq", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun