Yeni radar cərimə yazmır, məlumatlandırır - RƏSMİ

18 İyul 2024 13:23

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:

"Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir".

-------

11:02

Bir müddət əvvəl Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişanı qeyd olunur.

Radarların şəhər daxilində nə vaxt quraşdırılacağı ilə bağlı hələ ki məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun