İran hədələdi: İsrail bu ölkəyə hücum edərsə...

18 İyul 2024 10:56

İsrailin Livana təcavüzü beynəlxalq ictimaiyyət və region ölkələrinin cavabı ilə üzləşəcək və ABŞ da bu addımın məsuliyyətini bölüşəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Şübhəsiz ki, BMT-nin müstəqil üzvü olan Livana qarşı hər hansı təcavüz beynəlxalq ictimaiyyət, region ölkələri və müqavimət qrupları tərəfindən qətiyyətlə qarşılanacaq", - deyə diplomat bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun