Azərbaycanlı turist “Duty-Free”də 7,5 milyon dollarlıq nə alıb?

18 İyul 2024 10:43

Azərbaycanlı turist Türkiyədə "Duty-Free" mağazalar şəbəkəsində böyük məbləğdə pul xərcləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Duty-Shop Tax Free" mağazalarında satınalmalar və digər əməliyyatlar haqqında məlumat toplayan "Global Blue" şirkətinin baş direktoru Selim Şeyxun deyib.

"Bu ilin ilk 4 ayında edilən alışlar arasında ən təəccüblü olanı bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi olub (12,7 milyon manat-red.). O bu məbləğə saatlar və zinət əşyaları alıb", - şirkət rəhbəri qeyd edib.

Turistin Türkiyəyə böyük ehtimalla Azərbaycandan gəldiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun